lider-media.az

ƏÜO-da buraxılış mərasimi keçirilib - VİDEO

Baxış: 1986 Tarix: 1-08-2025, 10:08

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti  "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. 
Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər məzunlara Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı,  bilik və bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişlərdən faydalanmaqla qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə, Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.
Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi