lider-media.az

Sosial Xidmətlər Agentliyi daha 17 məhkumun qiymətləndirməsini aparıb

Baxış: 19143 Tarix: 31-07-2025, 13:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə icra olunan Tədbirlər planı əsasında cəzaçəkmə müəssisələrində sosial reabilitasiya tədbirlərini davam etdirir.

Agentliyinin əməkdaşları bu dəfə Lənkəran Penitensiar Kompleksinə baş çəkərək cəza müddətinin sonuna az qalmış məhkumlarla görüşüblər. Görüş iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri və sosial adaptasiya prosesi barədə məlumatlar verilib.

Bildirilib ki, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial reabilitasiyası məqsədilə mütəxəssislər onların ailələrinə səfərlər edir, aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq həmin şəxslər sosial-psixoloji, həmçinin digər müvafiq xidmətlərlə təmin olunurlar.

Sonra məhkumları maraqlandıran suallar cavablandırılıb və aidiyyəti üzrə izahatlar verilib. 

Qeyd olunan görüş zamanı cəzasının başa çatmasına üç ay müddət qalmış 17 nəfər məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə aparılıb. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi