Azərbaycan Respublikasının Qanunu
Maddə 1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 710 (Cild I); 2024, № 2, maddə 138) 24-2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 24-2.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.”;
1.2. 24-2.2-ci maddəyə “alınmamış” sözündən sonra “xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında” sözləri, “görən” sözündən sonra “, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edən” sözləri əlavə edilsin.
Maddə 2. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 37 (Cild I); Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanunu) 12.3-cü maddəsindən “qrant və ianə alarkən, habelə verərkən” sözləri çıxarılsın və həmin maddədə “qrant və ianələr” sözləri “əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2025-ci il