lider-media.az

Prezident İlham Əliyev Fərman imzalayıb

Baxış: 32448 Tarix: 31-07-2025, 13:21

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 372; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nin 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.20-ci bəndin üçüncü cümləsində “bir” sözü “3 (üç)” sözləri ilə əvəz edilsin;

1.2. 4.21-ci bənddə “müavini” sözü “müavinlərindən biri” sözləri ilə əvəz edilsin;

1.3. 4.22-ci bənddə “müavini” sözü “müavinləri” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi