lider-media.az

Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Baxış: 19339 Tarix: 30-07-2025, 16:51


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov avqust ayının 1-də Ağsu  rayonunda vətəndaşları qəbul edəcək. 

Qəbul saat 11:00-da  Yeni Azərbaycan Partiyasının  Ağsu rayon təşkilatının inzibati binasında keçiriləcək. Qəbulda  Ağsu və İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin  Ağsu rayonu “16 №-li Yol İstismarı” və İsmayıllı rayonu “9 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. 

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır. 

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi