lider-media.az

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə

Baxış: 322 Tarix: Вчера, 11:22

Əlahəzrət,

Əziz Qardaşım,

30 İyul – Mərakeş Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İslam həmrəyliyi, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələr bizim üçün böyük əhəmiyyət daşıyır. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, ənənəvi dostluq əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və yeni məzmunla zənginləşəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2025-ci il 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi