lider-media.az

Qazi jurnalistlərimiz Türkiyənin aparıcı media qurumlarından birində olublar

Baxış: 127 Tarix: 29-07-2025, 18:28

Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub

Qarabağ müharibəsinin iştirakçısı olan  bir qrup azərbaycanlı jurnalist Türkiyənin aparıcı media qurumlarından biri olan Demirören Xəbər Agentliyini (DHA) ziyarət edib.

Lider-media.az xəbər verir ki, jurnalistləri  Həmkarlar İttifaqı sədr müavinləri Cemal Sonsay və Dilek Atçeken qəbul ediblər.Daha sonra  Azərbaycandan qardaş ölkəyə səfər edən

Azərbaycan Mətbuat Şurasın İdarə heyətinin üzvü, Qarabağ qazisi Bəhruz  Məmmədzadə, “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı , qazi jurnalistlər Daşqın Əzizov, İlham Ağayev, Mail Əsgərov, Məğrur Əliyev, Rəşad Bəxşəliyev, Rəşad Rəşidov, Rza Bəbirov və Yelmar Məmmədlini  DHA-nın baş direktoru Cemal Coşkun qəbul edib.

Görüş zamanı media sahəsində təcrübə mübadiləsinin, Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub. Cemal Coşkun agentliyin fəaliyyəti, xəbərçilik prinsipləri və rəqəmsal mediada rolu barədə məlumat verib.

Səfər qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi