lider-media.az

Nizami rayonunun fəal gəncləri “ETSN-də bir gün” layihəsinin qonağı olub

Baxış: 21105 Tarix: 29-07-2025, 16:05

Gənclər arasında ətraf mühitin qorunmasına marağı artırmaq, onların ekoloji biliklərini zənginləşdirmək və təbiətə qarşı məsuliyyətli yanaşmanın formalaşmasına dəstək vermək məqsədilə Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun fəal gəncləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub.
Gənclərə ETSN-in Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov tərəfindən ətraf mühitin mühafizəsi, ölkənin ekoloji siyasəti, həyata keçirilən dövlət proqramları barədə məlumatlar verilib, dünya təcrübəsi diqqətə çatdırılıb.
Daha sonra gənclərə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov tərəfindən ətraf mühitin qorunmasında rəqəmsal texnologiyaların rolu, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
İnteraktiv formatda təşkil olunan görüş Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində davam edib, gənclər “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” BMT-nin Avropa İqtisadi Komissiyasının 1998-ci il tarixli Konvensiyası (Orxus Konvensiyası) barədə məlumatlandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi