lider-media.az

"Qarabağ" - "Şelburn" matçına 20 minə yaxın bilet satılıb

Baxış: 19383 Tarix: 29-07-2025, 16:03

"Qarabağ" - "Şelburn" matçına 20 minə yaxın bilet satılıb

UEFA Çempionlar Liqaasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) matçına satılan biletlərin sayı açıqlanıb

Ağdam klubunun mətbuat xidmətindən  verilən məlumata görə, hazırda 19500 min bilet öz sahibini tapıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri, "ıTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın Park Bulvardakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi