lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib

Baxış: 113 Tarix: 29-07-2025, 16:01

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib. Qeyd edək ki, iclasda Parlamentlərarası İttifaqın coğrafi qruplarından komitəyə üzv seçilmiş parlament sədrləri iştirak ediblər. İclası giriş sözü ilə açan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson iclasın gündəliyi haqqında məlumat verib. Qeyd olunub ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransında ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri iştirak edir.

Tədbirdə Parlament Sədrlərinin 6-cı Dünya Konfransına hazırlıqla bağlı görülən işlər, Komitənin sonuncu iclasının hesabatı, Dünya Konfransının yekun sənədinin qəbul olunması və digər təşkilati məsələlər haqqında fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi