lider-media.az

Bakı metrosunun iş saatında dəyişiklik

Baxış: 21295 Tarix: 29-07-2025, 13:06

Bakı Metropoliteni iyulun 30-da "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasında İrlandiya təmsilçisi ilə oyunu ilə bağlı iş rejimində dəyişiklik edəcək.

Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna azarkeş marağını nəzərə alaraq metronun "Gənclik", "Nərimanov" və "28 May" stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qatarların hərəkəti yay qrafikinə uyğun davam edəcək, lakin xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi