lider-media.az

Qazaxıstan və Özbəkistan turizm şirkətləri üçün Azərbaycana tanışlıq turu təşkil edilib

Baxış: 18417 Tarix: 28-07-2025, 15:35

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
 Səfər çərçivəsində yerli turizm şirkətləri və hotellərdən 60-dan çox nümayəndənin iştirak etdiyi  B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.
Həmçinin səfər müddətində Qazaxıstan və Özbəkistandan olan turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, Şamaxı və Basqala səfər edərək turizm məhsulları, hotellər, mövcud turizm infrastrukturu və təqdim olunan xidmətlərlə, o cümlədən Xəzər sahilində çimərlik turizmi ilə tanış olublar.
 2025-ci ilin I yarımilliyində qeyd olunan 2 ölkədən Azərbaycana 68 mindən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir. Hazırda Qazaxıstanın 4, Özbəkistanın isə 2 şəhərindən olmaqla birbaşa uçuşlar həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi