lider-media.az

Səhiyyə Nazirliyinin eksperti: “Hepatit C müasir dərmanlarla tam müalicə oluna bilir”

Baxış: 192 Tarix: Сегодня, 15:03

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bu virusla bağlı bəzi suallara aydınlıq gətirib.

- Emin müəllim, ilk öncə bilmək istərdik ki, hepatit xəstəliyinin əsas simptomları hansılardır?

- Qaraciyər orqanizmin “laboratoriyası” hesab olunur. O, qanın təmizlənməsindən tutmuş maddələr mübadiləsinə, immun müdafiədən hormonların tənzimlənməsinə qədər yüzlərlə funksiyanı icra edir. Lakin, bu mühüm orqanı zədələyən və çox vaxt uzun müddət gizli şəkildə davam edən xəstəliklərdən biri hepatitdir. Hepatit qaraciyərin iltihabı deməkdir və adətən ona viruslar səbəb olur. Bu xəstəlik həm qəfil başlayan kəskin, həm də illərlə davam edən xroniki formada özünü göstərə bilər.
Hepatitin əlamətləri çox vaxt yüngül olur və digər xəstəliklərlə qarışdırıla bilər. Ən çox rast gəlinən simptomlar yorğunluq, iştahsızlıq, ürəkbulanma, qarının sağ yuxarı hissəsində ağırlıq, sidiyin tündləşməsi və dərinin saralmasıdır. Xroniki hepatitlərdə isə bu əlamətlər bəzən heç nəzərə çarpmır və xəstə uzun müddət virus daşıyıcısı olduğunu bilmir. Bu səbəbdən hepatit çox vaxt “səssiz xəstəlik” adlandırılır.

- Hepatit xəstəliyinin xroniki və kəskin forması arasındakı fərq nədir?

- Hepatitin kəskin və xroniki formaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Kəskin hepatit adətən yoluxmadan sonrakı ilk altı ayda inkişaf edir və bəzi hallarda tam sağalma ilə nəticələnir. Xəstəliyin kəskin formasında gözdə sarılıq, halsızlıq, qaraciyər fermentlərinin on qat və üzəri yüksəlməsi olur. Xroniki hepatit isə altı aydan çox davam edən iltihabdır və qaraciyərdə daimi dəyişikliklər yaradır.
Əksər hallarda kəskin hepatit B-dən sağalsa da, uşaqlar yoluxduğu zaman onların əksəriyyəti xroniki daşıyıcı olur. Hepatit B daşıyıcılığı məhz xroniki gedişi nəzərdə tutur, immun sistem və virus aralarında balans yaradır, qaraciyər sabit işini təmin edir. Minimal zədələnmə uzun zaman davam edərsə, qaraciyər ehtiyatları tükənir və ölmüş hüceyrələr fibrioz toxma ilə əvəzlənir. Buna fibroz, sonrakı mərhələ isə sirroz deyilir.

A man in a medical coat stands in front of a light background with a medical symbol. Text includes his name and title as a gastroenterologist.
Illustration promoting World Hepatitis Day on July 28, featuring a liver graphic with virus symbols and a world map background.

- Doktor, hepatit B və C virusları sirroz yarada bilərmi?

- Xüsusilə hepatit B və hepatit C xroniki gediş zamanı çox təhlükəlidir. Elmi tədqiqatlara görə, dünyada sirroz və qaraciyər xərçəngi hallarının yarıdan çoxunun səbəbi məhz bu iki virusdur. Virus qaraciyər hüceyrələrinə daxil olduqdan sonra immun sistem onları məhv etməyə çalışır. Əslində qaraciyərə əsas zərəri virus deyil, yoluxmuş hüceyrələri hədəf alan orqanizmin öz müdafiə sistemi vurur. Nəticədə, çapıq toxuması yaranır, qaraciyərin normal strukturu pozulur və zamanla sirroz inkişaf edir.
Unutmamalıyıq ki, hepatit C xəstəliyində daşıyıcılıq olmaz. Bu virus varsa, demək xronik iltihab və sonluq isə məlumdur - sirroz. Buna görə, hepatit C aşkarlanan istənilən şəxs müalicə almalıdır. Son müasir dərmanlarla hepatit C virusu üç ay ərzində tam sağala bilir. Hepatit B-in isə əgər D virusu yanaşı getmirsə rahatlıqla fəaliyətini bloklamaq mümkündür. Hepatit Delta, yəni D virusu isə hələ də təbabət qarşısında duran əsas ciddi problem olmaqda davam edir.

- Hepatit diaqnostikasında hansı testlər aparılır?

- Diaqnoz üçün bir neçə əsas üsullardan istifadə olunur. Qan analizləri qaraciyər fermentlərinin yüksəlməsini göstərir. Seroloji testlər hepatit markerlərini aşkarlayır, PCR müayinəsi isə virusun genetik materialını müəyyən edir və onun miqdarını ölçür. Qaraciyərin ultrasəs müayinəsi və elastoqrafiya fibrozun dərəcəsini göstərməyə kömək edir.
Əgər bir insan hepatit A, B, C və ya yeni virus növü E yoluxubsa onda həmişə yaddaş marker anti cismlər qanda qalır və testlərdə aşkara çıxa bilir, virusun qanda olub olmaması isə ancaq PCR deyilən test ilə dəqiqləşdirilir. Lakin, burada vacib məqam PCR müəyyən edən laboratiyalarda bu virusun ən minimal səviyyəsini təyin etməyə imkan verməlidir.

- Hepatit virusları ilə yoluxmamaq üçün hansı gigiyena qaydalarına riayət etmək lazımdır?

- Yoluxmamaq üçün profilaktika olduqca vacibdir. Əllərin tez-tez yuyulması, çiy və ya çirkli qidalardan uzaq durmaq, yalnız steril tibbi və kosmetoloji alətlərdən istifadə etmək mühüm qaydalardır. Dırnaq tutan, daraq, diş fırçası, qayçı kimi gigiyenik alətlər ayrı saxlanılmalı və individual olmalıdır.
Hepatit B-yə qarşı vaksinasiya yoluxmadan qorunmağın ən etibarlı üsuludur. Təəssüf ki, hepatit C üçün hələ vaksin yoxdur. Buna görə də, riskli davranışlardan – qorunmamış cinsi əlaqə və ya steril olmayan iynələrin istifadəsindən qaçmaq lazımdır.

- Hepatit xəstələrinin qidalanması necə olmalıdır?

- Müalicə ilə yanaşı, hepatit xəstələrinin qidalanması da diqqətdə saxlanmalıdır. Qaraciyərin yükünü azaltmaq üçün qızardılmış və yağlı yeməklərdən imtina etmək, spirtli içkilərdən uzaq durmaq şərtdir. Balıq, toyuq, yumurta və paxlalılar kimi yüksək keyfiyyətli zülallar qaraciyərin bərpasına kömək edir. Tam taxıllar, tərəvəzlər və meyvələr enerji və vitamin mənbəyi kimi faydalıdır. Həkim məsləhəti ilə vitamin D və antioksidant dəstəyi də əlavə edilə bilər.
Ən vacib məqam qurudulmuş otlar və ot bitkilərin çaylarından uzaq durmaq lazımdır çünki hepatit olan qaraciyər zədəli hesab edilir və bu bitki çayları qaraciyərə əlavə toksin yükü deməkdir.
Hepatitlərdən qorunmaq vaxtında müayinə və vaksinlə mümkündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi