lider-media.az

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Baxış: 322 Tarix: Сегодня, 14:37

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 623 (Cild I); 2024, № 1, maddə 17; 2025, № 2, maddə 101; Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 221-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

  1. Aşağıdakı məzmunda 1.1.57-1-ci maddə əlavə edilsin:

“1.1.57-1. sabit tarif – elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi;”.

  1. 2.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.2.6-cı maddə əlavə edilsin:

“9.2.6. sabit tarif.”.

  1. 18-ci maddə üzrə:

3.1. 18.5.6-cı maddəyə “dəyəri” sözündən sonra “və sabit tarif” sözləri əlavə edilsin;

3.2. 18.6.2-ci maddəyə “dəyərinin” sözündən sonra “və sabit tarifin” sözləri əlavə edilsin.

  1. 6.4-cü maddəyə “dəyərini” sözündən sonra “və sabit tarifi hər ay” sözləri əlavə edilsin.
  2. 29-cu maddə üzrə:

5.1. 29.5.2-ci maddəyə “dəyəri” sözündən sonra “və sabit tarif” sözləri əlavə edilsin;

5.2. 29.6-cı maddənin ikinci cümləsinə hər iki halda “dəyərini” sözündən sonra “və sabit tarifi” sözləri əlavə edilsin;

5.3. 29.7-ci maddənin dördüncü cümləsində “və həmin qalıq borcun ödənilməli olduğu son tarix” sözləri “, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2025-ci il 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi