lider-media.az

“Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Səhiyyə Nazirliyindən Füzulidə tibbi aksiya

Baxış: 225 Tarix: Вчера, 11:50

a sign in front of a building

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici tədbirləri davam etdirir. Növbəti belə aksiya bugün Füzuli şəhərində keçirilib. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) həkim briqadası yerli əhali üçün tibbi müayinələr və konsultasiyalar təşkil edib.

a group of people sitting around a table
A doctor in a white coat is examining a patient seated at a table in a medical office. Windows are open, and a car is visible outside.
A patient lies on a green couch with monitoring equipment attached, while a healthcare professional adjusts a device nearby.
A man in a white coat adjusts a woman's brown hijab in a classroom setting with tables and chairs.

Aksiyanın əsas məqsədi müxtəlif cərrahi və terapevtik patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin göstərilməsi olub. Cərrah qastroenteroloqlar, damar və endokrin cərrahı, kardiocərrah, terapevt qastroenteroloq, nefroloq və digər ixtisaslı mütəxəssislərin yer aldığı tibb heyəti tərəfindən əhaliyə tibbi baxış keçirilib, elektrokardioqrafiya (EKQ) və digər diaqnostik müayinələr aparılıb. Ümumilikdə, aksiya müddətində 170 nəfərə yaxın vətəndaş tibbi müayinədən keçib.

A doctor checks the blood pressure of a patient in a wheelchair at a medical facility. Tables and medical equipment are visible.
A healthcare professional examines a patient lying on a table, with a digital display showing the time and date in the background.
A woman lies on a treatment table while another woman in a white coat assists her. A digital screen displays the time and date in the background.
A man in a white coat assists a woman in a light-colored top in a classroom setting. Desks and a computer are visible.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış”a dəstək məqsədilə digər azad olunmuş bölgələrdə də bu qəbildən olan tibbi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.

A doctor in a white coat assists an elderly man in a wheelchair, who is examining his leg in a medical setting.
A doctor in a white coat is examining a woman in a floral top, while another person tidies up in a modern room.
A doctor in a white coat consults with a patient in a medical office, discussing notes at a table with medical equipment.
a group of people around a table


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi