lider-media.az

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılmışdır

Baxış: 23408 Tarix: 24-07-2025, 17:34

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyulun 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq İslam Respublikası vətəndaşı – Savfan Məhəmməd Əsəd saxlanılmışdır. 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi