lider-media.az

Bu ilin ötən dövründə daha 3445 qadın özünüməşğulluq proqramına cəlb olunub

Baxış: 320 Tarix: 23-07-2025, 16:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramında qadınların da fəal iştirakı təmin olunur.

Bu ilin ötən dövründə proqrama cəlb edilənlərdən 3445 nəfərini qadınlar təşkil edib. Seçimlərinə əsasən onlardan 1938-i kənd təsərrüfatı, 1507-i isə istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaratmaları üçün proqrama cəlb ediliblər.

Proqram iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur və kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Təlimləri başa vuranlar seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlərlə təmin olunurlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi