lider-media.az

DİN: Ötən gün ölkə ərazisində 48 cinayətin açılması təmin olunub

Baxış: 21288 Tarix: 23-07-2025, 10:16

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 22-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
İyulun 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi