lider-media.az

“Tullantıları hədiyyələrə dəyiş”

Baxış: 18227 Tarix: 23-07-2025, 09:29

Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə 26 iyul tarixində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava parkı ərazisində keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.
Qeyd edək ki, maraqlı interaktiv tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.

- Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava parkı (Meşə tipli park)

- 26 iyul 2025-ci il

- 11:00-13:00


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi