lider-media.az

Qaradağda Milli Mətbuat Günü qeyd olundu

Baxış: 4114 Tarix: Вчера, 18:03

 

  22 iyul – Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirilmişdir.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, aparatın məsul əməkdaşları, qəzet, informasiya agentlikləri,  televiziya kanallarının və digər onlayn media resurslarının əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Süleyman Mikayılov milli mətbuatımızın yaranmasının 150 illik yubileyi münasibətilə media nümayəndələrini səmimi-qəlbdən təbrik edərək, ölkə mətbuatının keçdiyi şərəfli inkişaf yolundan bəhs etmişdir. Bildirilmişdir ki, 150 illik tarixə malik Azərbaycan milli mətbuatı zəngin ənənələrə söykənir və bu ənənələrin əsası Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə nəşr edilmiş “Əkinçi” qəzeti ilə qoyulmuşdur.

   Çıxışında S. Mikayılov bildirmişdir ki, dövrün aparıcı qələm sahibləri milli şüurun formalaşmasında, xalqın maarifləndirilməsində mühüm rol oynamış, sözün gücü ilə cəmiyyətə təsir göstərmişlər. Bu ənənə bu gün də uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyev demokratik cəmiyyətin qurulmasında mətbuatın roluna xüsusi əhəmiyyət vermiş, senzuranın ləğvi, KİV-lərin azad və müstəqil fəaliyyət göstərməsi üçün geniş imkanlar yaratmışdır. Ulu Öndərin siyasi iradəsi ilə formalaşmış bu yol bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

  Digər çıxış edənlər də  hazırda ölkədə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını vurğulamış, dövlət başçısının müvafiq sərəncamları ilə KİV nümayəndələri üçün yaşayış binalarının inşası və istifadəyə verilməsi bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu bildirmişlər.

   Sonda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə xatirə hədiyyələri təqdim olunmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi