22 İyul-Milli Mətbuat Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Bu gün keçilən 150 illik şərəfli yolu Azərbaycanın tarixi Zəfərinin, suverenliyinin bərpasının reallıqları fonunda qeyd etmək, təbii ki, böyük qürur və xoşbəxtlikdir. Əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə qoyulan milli mətbuatımız çətin və şərəfli yol keçərək bu gün qalib Azərbaycanın uğurlarını, dövrün çağırışlarını obyektivlik, qərəzsizlik, milli vətənpərvərlik hissinə söykənərək daha səylə, böyük məsuliyyət hissi ilə ölkə və dünya ictimaiyyətinə çatdırır. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan dövləti heç zaman mətbuatın inkişafına qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin əməkdaşlıq siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.
İki qardaş, dost, müttəfiq ölkə olan Azərbaycan və Türkiyənin media sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalamaları əsasında Ortaq Media Platformasının yaradılması Tarixi Zəfərimizdən sonra atılan mühüm addımlar sırasında oldu. Böyük Zəfərimizin reallıqlarının dünyaya təqdimatında öz sözünü deyən 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində imzalanan sənədlərdən biri məhz “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu oldu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan mətbuatı bütün dövrlərdə həqiqətlərin təbliğatçısı, cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirib. Mətbuat tariximizin Heydər Əliyev dövründə yaradılan möhkəm təməl bugünkü uğurlarımızda özünün aydın ifadəsini tapır. 1993-cü ildən etibarən KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verdi. Şübhəsiz, atılan hər bir addım ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, media və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Ulu Öndər tərəfindən göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuşdur. Sonrakı mərhələdə isə “Azərbaycan kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olunmuşdur. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, elektron media inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimiz müasir Azərbaycan mediasının inkişafına böyük əhəmiyyət verir. Bu, Azərbaycan dövlətinin maddi-mənəvi gücü, qüdrəti deməkdir. Son 21 ildən artıq müddətdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi azad medianın inkişafında davamlı addımlarda özünün bir daha təsdiqini tapıb. Artıq qeyd etdiyimiz kimi, bu gün yeni dövrün yeni reallıqlarını yaşayırıq. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu. Sözügedən Fərman əsasında yaradılan Medianın İnkişafı Agentliyinin (MEDİA) həyata keçirdiyi layihələr, yeni dövrün tələbinə uyğun olaraq hazırlanan və qəbul edilən “Media haqqında” Qanun mətbuat sahəsində təkmil hüquqi bazanın yaradılmasını təmin etdi. Medianın İnkişafı Agentliyinin qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün böyük səylər göstərərək uğurlu nəticələrə nail olduğunu böyük əminliklə söyləyə bilərik. Medianın İnkişafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə geniş imkanlar yaratması mətbuat sahəsində sağlam rəqabət mühitinin formalaşmasını, mətbuatın iqtisadi müstəqilliyinin təmin olunmasını reallaşdırır.
Milli Məclisin deputatı bildirib ki, ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçərək, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlu fəaliyyət göstərmişdir. İnformasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, ölkəmizin informasiya mühitinin kənar təsirlərdən qorunması, medianın peşəkarlığının artırılması müasir dövrün vacib çağırışlarındandır. Nəzərə alsaq ki, bu gün yüzlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir, ölkədə internet istifadəçilərinin sayı 85 faizdən çoxdur, bu statistikanın özü sağlam rəqabətin gücləndirilməsini, jurnalistin öz peşəkarlığını artırmasını, ən əsası məsuliyyət amilini fəaliyyətinin əsas prinsipi kimi öndə saxlamasını bir tələb kimi ortaya qoyur. Hazırkı dövrdə mediamızdan əsas gözlənti milli informasiya təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim ön planda saxlamaq, peşə etikasına riayət etmək, jurnalistikanın obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərini daim fəaliyyətində əsas götürməkdir. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, islahatların məntiqi nəticəsi olaraq bu gün mətbuatımız daha da peşəkarlaşır, təkmilləşir, dəyişməz olan prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyir. Prezident İlham Əliyevin mediamızın fəaliyyətini yüksək qiymətləndirməsi 150 illik yubileyə ən böyük hədiyyədir. Dövlətimizin başçısının Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda söylədiyi “Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir” fikirləri hər bir mətbuat nümayəndəsi üçün böyük qürur və fəxrdir.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Türkiyə yarım ildə 25,8 milyon xarici turist qəbul edib
Sosial məzuniyyət kimlərə şamil edilir?
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olu
"Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb
Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Mərkəzi Bank bu il və gələn il üçün neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Ağdamın yeni nəslinin nəfəsi
Avqustun 1-də gözlənilən hava şəraiti
Sağlamlıq üçün təbiətin gücü - Təbii müalicə üsulları haqqında Səhiyyə Nazirliyinin mütəxəssisinin izahı
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
S.N.Japarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan nefti bu gün də bahalaşdı
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması