lider-media.az

Çimərliklərdə bunlar QADAĞANDIR! - DİN məlumat yaydı

Baxış: 22390 Tarix: 20-07-2025, 11:56

Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Bu cür nəqliyyat vasitələrinin və heyvanların insanların sıx olduğu istirahət zonalarında hərəkəti qanunla qadağandır. Çünki belə hallarda uşaqların, yaşlıların və digər istirahət edən şəxslərin həyat və sağlamlığı ciddi təhlükə altına düşür.

Çimərliklərdə məsuliyyətsiz davranış faciəyə səbəb ola bilər. Düşünün ki, ehtiyatsızlıqla bir uşağa zərər yetirsəniz, bunun mənəvi ağırlığını bir ömür boyu daşımalı olacaqsınız.

İctimai asayişə və təhlükəsizliyə hər kəs məsuliyyətlə yanaşmalıdır. Unutmayaq ki, çimərlik istirahət üçündür, riskli hərəkətlər üçün deyil", - E.Hacıyev qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi