lider-media.az

Bayramov pakistanlı həmkarı ilə danışdı

Baxış: 13174 Tarix: 19-07-2025, 13:36

bayramov-pakistanli-hemkari-ile-danisdi

İyulun 18-i xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Bununla bağlı XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Qarşılıqlı həmrəylik, dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Pakistan strateji tərəfdaşlığının siyasi, iqtisadi, təhlükəsizlik, humanitar aspektlərindən bəhs edilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mövcud imkanlardan istifadənin vacibliyi qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq  məsələləri müzakirə olunub.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi