lider-media.az

Zərdabi mükafatının qalibləri açıqlanıb

Baxış: 8201 Tarix: 18-07-2025, 10:10

Zərdabi mükafatının qalibləri açıqlanıb - SİYAHI

Elçin Şıxlının sədri olduğu Azərbaycan Jurnalistlər Birliyi 2025-ci il üçün Həsən bəy Zərdabi mükafatının laureatlarının adlarını açıqlayıb.  
Mükafatlar mətbuat, televiziya, radio və elektron mediada peşəkarlığı ilə seçilən qələm sahiblərinə təqdim olunub. Qaliblər aşağıdakı jurnalistlərdir:
AzTV-nin əməkdaşı, idman jurnalisti Aydın Əliyev Azərbaycan idmanının təbliğinə verdiyi töhfəyə görə, Vüqar Abbasov (Niderland Krallığı) Azərbaycanın beynəlxalq tanıdılması istiqamətindəki məqalələrinə görə, CBC kanalından Oksana Vəliyeva müəllif proqramlarına görə, Qafqaz.TV-dən Eltən Qədimbəyli region televiziya mediasına verdiyi dəstəyə görə mükafatlandırılıb.Kriminal mövzuda yazılarına görə Ramella İbrahimxəlilova, ölkə elminin təbliğində fəaliyyətinə görə Nərgiz Qəhrəmanova (AMEA), hərbi reportajlarına görə Seymur Kazımov, “Gizlədilmiş tarix” silsiləsinə görə Ramilə Qurbanlı da Zərdabi mükafatına layiq görülənlər sırasındadır.İctimaiyyətlə əlaqələr sahəsində fəaliyyətinə görə Zeynab Kazımova (Enerji Məsələlərini Tənzimləmə Agentliyi), vətənpərvərlik və tarixi mövzularda layihələrinə görə Cəmilə Çebotaryova (Yeni Çağ Media Qrupu), publisistikasına görə Fuad Biləsuvarlı, diaspor şəxsiyyətlərinin varisləri ilə müsahibələrinə görə Hafiz Əhmədov, uzun illər mətbuata verdiyi töhfələrə görə Mətin Məcidli (Səhiyyə Nazirliyi), ictimai-siyasi məqalələrinə görə Vasif Həsənli (Demokrat.az) və vətənpərvərlik mövzusuna görə Nəzakət Əhmadova mükafata layiq görülüblər.
Qaliblər bu gün mükafatlandırılacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi