lider-media.az

Milli parklara səfər edən turistlərin sayı artıb

Baxış: 3239 Tarix: 15-07-2025, 13:57

Azərbaycanın zəngin təbiətini və müxtəlif ekosistemlərini özündə birləşdirən milli parkları ziyarət edən turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, ölkəmizin füsunkar təbiət guşələrində yerləşən, bioloji müxtəlifliyi ilə seçilən milli parklarımıza 2025-ci ilin 6 ayı ərzində 87 542 turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.
“Milli parklara səfər edən ziyarətçilərin böyük əksəriyyətini yerli turistlər təşkil edib ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə marağının artması və aparılan ekoloji maarifləndirmə işlərinin nəticəsidir”.
Mətbuat katibi onu da qeyd edib ki, bu ilin 6 ayı ərzində təbiətsevərlərin ən çox üz tutduğu məkanlar arasında Göygöl, Şahdağ və Abşeron milli parkları ilk sıralarda yer alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi