lider-media.az

Tələbələrin köçürülməsi prosesinə start verilir

Baxış: 13230 Tarix: 15-07-2025, 11:53

Təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr üçün elektron sənəd qəbuluna start verilir.

Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” elektron xidmətinə daxil olaraq müraciət formasını doldurub təsdiqləməlidirlər.

Elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 22-si saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, müraciət zamanı tələb olunan sənədlər sistemə elektron şəkildə yüklənməli, təqdim olunan məlumatlar isə tam və dəqiq şəkildə göstərilməlidir.

Əlavə məlumat üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:


Bağlantılar

Media


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi