lider-media.az

Xaçmaz şəhərində “Məşğulluğa Dəstək layihəsi” çərçivəsində ictimai dinləmə keçirilib

Baxış: 41145 Tarix: 14-07-2025, 14:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti ictimai dinləmə Xaçmaz şəhərində təşkil olunub. 

İşsiz və işaxtaran şəxslərin iştirakı ilə keçirilən tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib.

Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub. “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində avadanlıqlarla təmin edilərək kiçik bizneslərini quran və uğurla davam etdirən şəxslərin uğur hekayələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.

  

telegram


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi