lider-media.az

Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərin sakinlərinin sağlamlığına qayğını gücləndirir

Baxış: 1 Tarix: 12-07-2025, 09:24

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə əhalinin tibbi təminatını gücləndirmək məqsədilə “Böyük Qayıdış” Proqramı çərçivəsində ardıcıl şəkildə tibbi müayinələr və maarifləndirici aksiyalar həyata keçirir. Bu təşəbbüs çərçivəsində növbəti tədbir iyulun 11-də Zəngilan rayonunda baş tutub.

Aksiyada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun peşəkar həkim və fizioterapevtlərindən ibarət tibb heyəti iştirak edib. Onlar Zəngilan sakinlərini geniş profilli travmatoloji və ortopedik müayinələrdən keçirib, müxtəlif xəstəlik və zədələrin erkən diaqnostikası və müalicəsi üçün ilkin tibbi müdaxilələr həyata keçiriblər.

Tədbirin əsas məqsədi bölgədə yaşayan vətəndaşların sağlamlıq durumunun qiymətləndirilməsi, travmatik və ortopedik patologiyaların vaxtında aşkarlanaraq, uyğun müalicə və reabilitasiya tədbirlərinin təmin edilməsidir. Aksiya çərçivəsində onurğa, dayaq-hərəkət sistemi, sinir sistemi və digər travmatoloji problemlərin diaqnostikası aparılıb, posttravmatik reabilitasiya imkanları müzakirə olunub. Səhhətində problem aşkarlanan şəxslərə peşəkar tibbi məsləhətlər verilib, lazımi hallarda dərhal müalicəyə başlanılıb. Mütəxəssislər vətəndaşlara sağlamlıqlarını qorumaq və bərpa etmək üçün fərdi tövsiyələr də təqdim ediblər.Aksiya zamanı 150 nəfərdən çox sakin tibbi müayinədən keçirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də bu qəbildən olan tibbi və maarifləndirici aksiyaların keçirilməsi davam etdiriləcək. Məqsəd əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılmasıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi