lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib

Baxış: 12326 Tarix: 11-07-2025, 21:20

Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər çərçivəsində bu gün Srebrenitsa qurbanlarının xatirəsinə inşa edilmiş Memorial mərkəzə gəlib. Azərbaycan parlamentinin sədri və digər ölkələrdən olan qonaqlar, o cümlədən ölkə və hökumət rəhbərləri, parlament sədrləri və rəsmi nümayəndələr anım tədbirləri çərçivəsində əvvəlcə "Keçməmişlərin izi ilə" sərgisi ilə tanış olublar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova anım salonunda başsağlığı kitabını imzalayıb. Daha sonra Memorial mərkəzdə faciə qurbanlarının anım mərasimi keçirilib. Nümayəndə heyətlərinin rəhbərləri faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, Memorial abidənin önünə gül dəstələri düzüblər.

Milli Məclisin sədri mərasim çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb, onlarla söhbət edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi