lider-media.az

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Baxış: 12144 Tarix: 11-07-2025, 12:02

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 974 (Cild l); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.8-ci və 1.0.9-cu maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.10-cu maddə əlavə edilsin:

“1.0.10. sosial sahəyə aid müəssisələr - sosial xidmət müəssisələri, dövlət reabilitasiya müəssisələri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).”.

2. Aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilsin:

“3.3. Minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir.”.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi