lider-media.az

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa 

Baxış: 14164 Tarix: 11-07-2025, 11:13

Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Biz dost ölkənizlə münasibətlərin inkişafına böyük önəm veririk. Hazırda
Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin gündəliyinin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı şərait formalaşmışdır.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi