lider-media.az

Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Baxış: 278 Tarix: 4-05-2024, 08:40

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Tədqiqatçılar Adolf Hitlerin Polşadakı keçmiş qərargahının ərazisində, Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandiri Hermann Göringin evində qazıntılar zamanı biri körpə olmaqla, beş nəfərin qalıqlarını aşkar ediblər.

Lider-media.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Bildirilib ki, Varm-Masuriya inzibati rayonunda yerləşən, Hitlerin əsas qərargahı və alman ordusunun komandanlıq korpusunun olduğu Volfschanze (Qurd yuvası) ərazisində bir qrup alman və polşalı arxeoloq tərəfindən tədqiqat aparılıb. Hermann Göringin evi də bu ərazidə yerləşirdi. Göringin evi hərtərəfli tədqiq edilmiş hesab olunsa da, arxeoloqlardan biri köhnə taxta döşəmənin izlərinə rast gəlib. Tədqiqatlara başlayan alimlər əvvəlcə su borularını, daha sonra isə insan kəlləsinin parçasını aşkar ediblər. Nəticədə beş nəfərin skeleti tapılıb: üç böyük, bir yeniyetmə və bir körpə.

Tədqiqatçılar qrupunda olan Bartoşevskinin sözlərinə görə, çox güman ki, cəsədlər ev tikildikdən sonra basdırılıb, çünki əks halda boruları çəkən inşaatçılar qalıqları aşkarlayacaqdılar. Amma qalıqların İkinci Dünya müharibəsi başa çatdıqdan sonra basdırıldığı ehtimalı da var.

Polşa prokurorluğu faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Qurd yuvası qərargahı meşədəki 80-dən çox bunker və möhkəmləndirilmiş tikililərdən ibarət kompleks idi, 250 hektar qorunan ərazidə yerləşirdi. Kompleks tikanlı məftillərlə, minalanmış sahələrlə, müşahidə qüllələri və mühafizə vasitələri ilə əhatə olunmuşdu. Alman qoşunları 1945-ci ilin yanvarında geri çəkilərkən, bunkerləri partladıb və ərazini tərk etdiblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi