lider-media.az

Səhiyyə Nazirliyinin təşkilatçılığı və Milli Antidopinq Agentliyinin təşəbbüsü ilə Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün birgə təlim keçirilib

Baxış: 515 Tarix: 9-07-2025, 20:19

A group of people seated in a conference room, attentively listening to a presentation.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə Antidopinq İntizam Apellyasiya Komitələrinin üzvləri üçün “Nəticələrin emalında xüsusi aspektlər” mövzusunda birgə təlim keçirilib.
Təlim Polşa Antidopinq Agentliyinin (POLADA) direktoru, Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutub.
Tədbirin əsas məqsədi komitə üzvlərinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) beynəlxalq standartlarının tələbələrinə uyğun olaraq nəticələrin emalı prosesində peşəkar və praktiki biliklərinin artırılması, qərarların qəbulunda prosessual qaydaların düzgün tətbiqi, antidopinq qayda pozuntularına dair icraatlarda ədalətli və şəffaf yanaşmanın təmin edilməsidir.

A meeting in a conference room with five participants, laptops, and water bottles, discussing the AMADA-POLADA project.
A man in a suit speaks at a podium with a microphone, set against a plain background.

Təlim çərçivəsində iştirakçılar antidopinq qayda pozuntuları üzrə icraat çərçivəsində tətbiq edilməli olan prosessual qaydalar, praktikada tez-tez yol verilən pozuntular, xüsusilə məkan məlumatı pozuntuları, saxtalaşdırma və ya saxtalaşdırmaya cəhd, kontaminasiya halları, məsuliyyəti ağırlaşdıran hallar, idmançının təqsirinin olmadığı və ya təqsirin az əhəmiyyətli olduğu hallar kimi mühüm mövzuları əhatə edən praktiki biliklər əldə ediblər.
Sessiyalar zamanı İdman Arbitraj Məhkəməsinin (CAS) presedent qərarlarına istinad olunmaqla beynəlxalq təcrübəyə əsaslanan hüquqi yanaşmalar geniş şəkildə izah edilib. Həmçinin, Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara WADA tərəfindən təklif edilən və bu ilin sonunda qəbul edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər barədə də iştirakçılara məlumat verilib.
Məruzəçilər Polşa antidopinq sistemində tətbiq edilən yanaşmaları və real iş təcrübələrini təqdim ediblər. Sessiyalar interaktiv təqdimatlar, canlı müzakirələr və real kazusların təhlili əsasında təşkil olunub.
Təlimin sonunda keçirilən sual-cavab sessiyasında iştirakçılar real hadisələr üzərində praktiki müzakirələr aparmaqla əldə etdikləri bilikləri möhkəmləndiriblər.

A speaker stands with a microphone in a conference room, while an audience listens attentively. The backdrop features logos related to health.
A group of six people seated in a conference room, engaged in discussion or listening attentively.
A group of people seated in a conference room, listening attentively. They display a range of expressions and attire.
A man with glasses speaks into a microphone while seated audience members listen attentively.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi