lider-media.az

Əli Əsədov Pakistan nümayəndələri ilə görüşdü

Baxış: 61261 Tarix: 8-07-2025, 19:12

Əli Əsədov Pakistan nümayəndələri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişaf dinamikası vurğulanıb. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Parlamentlərarası əməkdaşlığın əhəmiyyəti qeyd edilərək Azərbaycan və Pakistanın qanunverici orqanları arasında qurulmuş qarşılıqlı faydalı əlaqələrin dövlətlərarası münasibətlərin hərtərəfli inkişafına müsbət töhfə verdiyi bildirilib.

 Görüş zamanı həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi