lider-media.az

AMEA-da akademik Yusif Məmmədəliyevin 120 illiyi yüksək səviyyədə qeyd ediləcək

Baxış: 363 Tarix: 8-07-2025, 12:29

AMEA-nın Rəyasət Heyətinin iclasında Prezident İlham Əliyevin “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” 5 iyul 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr müzakirə edilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, akademik Yusif Məmmədəliyev Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biridir və dövlət başçısının Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan elminin yetişdirdiyi parlaq simalardandır. Azərbaycan neft-kimya elminin dünyaca məşhur siması akademik Yusif Məmmədəliyevin həyatının hər bir şəxs üçün nümunə olduğunu deyən akademik İsa Həbibbəyli alimin görkəmli elm təşkilatçısı və pedaqoq kimi yetişdirdiyi kadrların ölkəmizin iqtisadi, elmi inkişafına öz misilsiz töhfələrini verdiklərini bildirib.

Akademik İsa Həbibbəyli dövlət başçısının 2025-ci il ərzində imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, həmçinin akademik Mustafa Topçubaşovun 130 və akademik Yusif Məmmədəliyevin 120 illik yubileyləri haqqında sərəncamlarının ölkə rəhbərinin Azərbaycan elminə və ziyalısına xüsusi diqqətinin təzahürü olduğunu deyib və AMEA-nın kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 

İclasda akademik Yusif Məmmədəliyevin 120 illiyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı qərar qəbul olunub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi