lider-media.az

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir

Baxış: 6313 Tarix: 8-07-2025, 11:41

İyulun 8-də Heydər Əliyev Mərkəzində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir.

Əvvəlcə iştirakçılar tədbir çərçivəsində təşkil edilmiş “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi ilə tanış olublar.

Sərgidə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin jurnalistlərlə görüşlərinin, Azərbaycan mətbuatı tarixində müstəsna yeri olan nəşrlərin, eyni zamanda, medianın inkişafında xüsusi önəm daşıyan hadisələrin əks olunduğu fotolar nümayiş etdirilir.

Konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı media nümayəndələrinin xatirələrinin əks olunduğu videoyazı nümayiş etdirilib.

Konfrans çıxışlarla davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi