Bu gün Neftçala rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 41 illiyinə həsr olunmuş mərasim keçirilib. Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilat rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun döyüş yoldaşları, şəhid ailə üzvləri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl tədbir iştirakçıları tərəfindən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.Şəhidin ailəsinin yaşadığı Neftçala rayonu, Həsənabad qəsəbəsində davam edən tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək bildirdi ki, vətənə Zakir Məcidov, Samid İmanov, Camal İsmayılov kimi qəhrəmanlar, neçə-neçə igid oğullar bəxş edən torpaqda qeyd olunan Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun doğum günü mərasimində qəhrəmanımızın timsalında vətənin hünər salnaməsinə adını bəxş etmiş bütün şəhidlərimiz xatırlanır. Ölkəmizdə şəhid adlarının əbədiləşdirilməsi tariximizi yaşadan hər bir şəhidimizə ayrı-ayrılıqda ehtiram guşəsidir. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun əziz xatirəsinə yaradılan bu məkan da hünər tariximizin bir parçasını özündə əks etdirən müqəddəs yerlərdən biridir. Qəhrəmanımızın nəsillərə örnək ömür yolunun təbliğinə, eloğlumuzun qəlblərə köçən xatirəsini yaşatmağa xidmət edən bu məkan xalqımızın rəşadət nümunəsi, böyük Zəfər salnaməsinin önəmli bir parçasıdır.
Camal İsmayılovun döyüş yolunun parlaq səhifələrinə toxunan RİH-başçısı onun və Əfsanəvi taborun hərbçilərinin xidmətlərinin, peşəkarlıqlarının və qəhrəmanlıqlarının sayəsində 44 günlük Vətən müharibəsində qələbənin yaxınlaşmasına böyük təsir göstərdiyini xüsusi olaraq vurğuladı. Qeyd olundu ki, biz qələbəni, Azərbaycanın möhkəm təməllər əsasında yüksəlişini, regionun söz sahibinə çevrilərək qətiyyətli dövlət simasını asan qazanmadıq. Camal İsmayılov kimi igid oğullar sayəsində böyük Zəfərə nail olduq, Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin etdik. Bu gün biz bundan sonrakı qələbələrimizə, xalq və dövlət birliyi sayəsində fəxarət dolu yüksəlişimizə inanır, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı müdrik dövlət siyasəti işığında gələcəyə əminliklə boylanırıq.
Tədbirdə Millli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Camal İsmayılovun döyüş yoldaşı, Əfsanəvi taborun qəhrəman şəhidlərindən biri kiçik gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Vətən müharibəsi iştirakçısı, "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İB-nin sədri Bəhruz Məmmədzadə, şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova və Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova çıxış edərək, şanlı hərb qələbəmizdən, dövlət, xalq, ordu birliyindən söz açaraq, bu qələbədə xüsusi payı olan ordumuzun peşəkarlığından bəhs etdilər, şəhid Camal İsmayılov haqqında öz xatirələrini bölüşdülər.
Müxtəlif bədii-kompozisiyalardan ibarət təşkil olunmuş tədbirdən sonra Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun doğulub boya başa çatdığı evdə xatirə guşəsinə baxış keçirildi. Daha sonra Neftçala rayonu, Həsənabad qəsəbəsində şəhidin xatirəsinə ehsan mərasimi təşkil olundu.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov xidməti dövründə O, müxtəlif mükafat və medallara layiq görülmüş, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Camal İsmayılov qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuş, 2020-ci ildə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, onun adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq Neftçala rayon İcra Hakimiyyətinin vəsatəti ilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Neftçala şəhər Uşaq İncəsənət Məktəbinə Camal İsmayılovun adı verilmişdir.
2020-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Camal İsmayılovun yaşadığı evdə xatirə lövhəsi qoyulmuş, 2021-ci ildə büstünün açılış mərasimi keçirilmiş, onun haqqında İctimai Televiziyada “Heç kim unudulmur, heç nə yaddan çıxmır-Camal İsmayılov” və “Irəli” İctimai Birliyi tərəfindən “Müzəffər əsgərimiz” adlı sənədli filmlər çəkilərək ictimaiyyətə təqdim olunub

.jpeg)

.jpeg)


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Nazir Məcnun Məmmədov Gəncədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan elmi-praktiki konfransda iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb