lider-media.az

Xüsusi mühafizə olunan təbiət ərazilərində tədbirlər keçirilib

Baxış: 23346 Tarix: 7-07-2025, 17:59

İctimaiyyətin xüsusi mühafizə olunan təbiət əraziləri ilə tanışlığını artmaq, onların qorunmasının vacibliyini vurğulamaq məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur, xüsusi ekoloji təqvim günlərində "açıq qapı" günləri keçirilir.
Belə tədbirlərdən növbətisi 5 iyul tarixində Ağgöl və Şirvan milli parklarının yaranması günü ilə əlaqədar təşkil olunub. Ağgöl Milli Parkına gələn turistlər milli parkın flora və faunası ilə tanış olub, göl ətrafı ərazilərdə quşları müşahidə ediblər. Şirvan Milli Parkında isə ziyarətçilər üçün ceyranları müşahidə məqsədilə safari tur və veloyürüş təşkil edilib.
Eyni zamanda, Abşeron Milli Parkında "Gələcək bizik" adlı uşaq festivalı keçirilib. Tədbirdə 4-14 yaşlı uşaqlar qruplara bölünərək çərpələng uçurub, dəniz sahilinə və Şah dilinə yürüşə qatılıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi