lider-media.az

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Baxış: 226 Tarix: 3-05-2024, 19:21

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) gəmi və şəxsi heyətinin cəlb olunduğu "Dalğa - 2024" birgə taktiki təliminin yekunları ilə bağlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

HDQ və FHN nümayəndələrinin iştirak etdiyi tədbirdə Xəzər dənizinin ərazi sularında keçirilmiş "Dalğa - 2024" birgə təliminin yekun nəticələri təhlil edilib.

Qeyd olunub ki, birgə taktiki təlimdə HDQ və FHN-in gəmi və şəxsi heyəti qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirib. Şəxsi heyətin yüksək peşəkarlıq və əzm nümayiş etdirdiyi xüsusi vurğulanıb.

Sonra təlimdə fərqlənənlər mükafatlandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi