Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, Qrup komandiri Camal Vidadi oğlu İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Bir bacı və iki qardaş olan Camalın ailəsi 1986-cı ildə Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərinə köçmüşlər. Camal 1990-cı ildə İqarka şəhərində V. P. Astafyev adına 1 nömrəli orta ümumtəhsil məktəbinin birinci sinfinə getmişdir. 1991-ci ildə İsmayılovlar ailəsi doğma rayonlarına qayıdır və Camal təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə davam etdirir. 2001-ci ildə məzun olur.
2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılır. O, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edir. Xidmət zamanı hərbi hissə rəhbərliyinin diqqətini cəlb edir. Xüsusi Təyinatlı Qüvvələrdə xidmətinin davam etdirilməsi barədə qərar verilir.

Camal 2016-cı il tarixi Aprel döyüşlərinin iştirakçısı idi. O, xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" , "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" , "Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə" , "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.
2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Camal İsmayılov əvvəlcə Füzuli rayonu, sonra isə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak edir. Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin Qrup komandiri Camal və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərirlər. Camal və qrupun üzvləri olan igidlərimiz Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunu pusquya salırlar.
Oktyabrın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlayır. Döyüş ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olur. 19-da isə Camal Qubadlı rayonu istiqamətində döyüşə qatılır və bu onun son döyüşü olur.
Əvvəlcə Camal və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə qatılır. Döyüşlər Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda gedir. Ermənilərin 150–200 hərbi qulluqçusu ilə döyüş 7 saatdan çox davam edir. Ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər-baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev qəhrəmancasına şəhid olur. Camal İsmayılov oktyabrın 21-i anasının doğum günündə şəhidlik zirvəsinə yüksəlir. 23 oktyabr 2020-ci ildə Neftçala şəhərində dəfn olunur. Camal 2008-ci ildə ailə həyatı qurmuşdu. 2009-cu il təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü Əsnad adında qızları və 2021-ci il fevralın 12-də dünyaya gələn Alparslan adlı oğlu Vətənə əmanətdir.

Şəhidin həyat yoldaşı Fatimə İsmayılova: “Camal Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupunda xidmət edirdi. 18 il ərzində müxtəlif təlimlərdə iştirak edib, özünü nəzəri və ya praktiki cəhətdən çox inkişaf etdirmişdi. Rus, ingilis, erməni dilini sərbəst bilirdi. Dağçılıq üzrə kitablar tərcümə edib dərslik hazırlayırdı. Xizəkçiliyi, dağçılığı, paraşütçülüyü peşəkar şəkildə öyrənmişdi. Döyüş yoldaşları danışır ki, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirib. Erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına əmr verib ki, geri qayıdın. Bununla da onları aldada bilib və həmin mövqelərə bizim əsgərlər yerləşiblər. Daha sonra Hadruta su gətirməyə gediblər. Görüblər ki, digər dəstə mühasirəyə düşüb. Oradan 3 nəfərlə həmin dəstəni mühasirədən çıxarıblar və ermənilərin özlərini pusquya salıblar”.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Həmçinin, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Neftçala Şəhər Uşaq İncəsənət Məktəbinə “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun adı verilmişdir. 2020-ci ildə Camal İsmayılovun Neftçala rayonunun Həsənabad qəsəbəsində yaşadığı evdə xatirə lövhəsi qoyulmuş, 2021-ci il aprelin 12-də Neftçala şəhərində Camalın büstünün açılış mərasimi olmuşdur. Haqqında İctimai Televiziyada "Heç kim unudulmur, heç nə yaddan çıxmır - Camal İsmayılov" sənədli filmi nümayiş etdirilmişdir.
Qürur hissi ilə deyə bilərik ki, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı.
Bu gün Camal İsmayılovun ruhu şaddır. Vətən müharibəsində şanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Xocalının Vətən Müharibəsi Şəhidləri
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb
Azərbaycan Respublikasının Qanunu
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb