lider-media.az

Əlilliyi olan şəxslər üçün ilk dəfə veloreabilitasiya layihəsinə başlanır

Baxış: 422 Tarix: 5-07-2025, 20:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxslər üçün ilk dəfə olaraq yeni veloreabilitasiya layihəsinə başlayır. 
Məqsəd əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, idmana, o cümlədən paravelosiped idman növünə marağının artırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.
Agentliyin reabilitasiya mərkəzlərində xidmətlərə cəlb edilən əlilliyi olan şəxslər üçün nəzərdə tutulan bu layihə 3 ay müddətində Dənizkənarı Milli Parkda təşkil olunacaq.
Layihə Heydər Əliyev Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir. 
Qeyd edək ki, əl velosipedləri əzələlərin aktivliyini artırır, qan dövranını yaxşılaşdırır, stresin azalmasına, əhvalın yüksəlməsinə və özünə inamın artmasına səbəb olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi