lider-media.az

Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysi açılır - Bilet qiymətləri

Baxış: 513 Tarix: 5-07-2025, 12:21

baki-xankendi-lacin-muntezem-avtobus-reysi-acilir

“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən iyulun 7-dən Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək. Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da hərəkət edəcək. Reys üzrə aralıq məntəqə olaraq Xocalı, Xankəndi və Şuşa şəhərləri təyin edilmişdir. Avtobuslar Laçın şəhərindən saat 09:00, Şuşa şəhərindən 10:00, Xankəndi şəhərindən 10:30, Xocalı rayonundan isə 11:00-da yola düşəcək.

Bakı-Laçın və əksinə istiqamətdə biletin qiyməti 16.10 manat, Bakı-Şuşa və əksinə istiqamətində 14.80 manat, Bakı-Xankəndi və əksinə istiqamətində 14.20 manat, Bakı-Xocalı və əksinə istiqamətində isə 13.90 manat təşkil edir.

Biletləri yalnız “biletim.az” portalı üzərindən onlayn qaydada əldə etmək olar.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi