lider-media.az

Beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi başlayıb

Baxış: 5162 Tarix: 4-07-2025, 20:37

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmək, məşğulluq, sosial müdafiə sahələrində son dövrdə aparılan ardıcıl islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin, rəqəmsal texnologiyaların geniş tətbiqi işləri, gələcək sosial hədəflər barədə məlumat verib. Ölkə başçısının Fərmanı ilə sosial müavinətlərin və təqaüdlərin növbəti artımının sosial müdafiə sisteminin dayanıqlığının yüksək səviyyəsinin təzahürü olduğunu qeyd edib.

A.Əliyev yüksək intellektə və idarəçilik bacarığına malik perspektivli, xüsusilə gənc rəhbər kadrların seçilməsi və dəstəklənməsi, yeni nəsil idarəçilərin hazırlanması istiqamətində “Yüksəliş” müsabiqəsinin unikal platforma kimi əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi