lider-media.az

Türkiyə Prezidenti Şuşanın ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib

Baxış: 42179 Tarix: 4-07-2025, 17:29

Türkiyə Prezidenti Şuşanın ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

ECO-nun Xankəndində keçirilən 17-ci Zirvə görüşündə çıxış edən Türkiyənin dövlət başçısı turizm sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq təşkilatın hazırkı turizm paytaxtının Erzurum şəhəri olduğunu xatırladıb.

“Turizm sahəsində əməkdaşlıq ECO ölkələrinin üzərinə xüsusi öhdəliklər qoyur”, - deyən Rəcəb Tayyib Ərdoğan Erzurumda qəbul olunan qərarların bu sahədə gələcək əməkdaşlıq addımları üçün bələdçi olacağına əminliyini ifadə edib.

O vurğulayıb: “Şuşa şəhərinin 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqını təbrik edirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi