lider-media.az

Sabunçuda yerləşən qəbiristanlıqda narkotik maddələr satan şəxsi polis saxladı - Əməliyyat görüntüləri

Baxış: 21301 Tarix: 4-07-2025, 17:27

DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Əməliyyat zamanı narkokuryerliklə məşğul olan paytaxt sakini - əvvəllər məhkum olunmuş 31 yaşlı Cavid Əmirov Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlığın ərazisində narkotikləri satan zaman saxlanılıb. Ondan 2 kiloqram marixuana aşkarlanıb.

Şübhəli şəxs ifadəsində narkokuryerliyə sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən cəlb edildiyini bildirib. 

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

https://www.youtube.com/watch?v=pSUiv-I0_M8



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi