lider-media.az

"Yüksəliş" müsabiqəsinin qalibi, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı ilə tələbələr arasında görüş keçirilib

Baxış: 41412 Tarix: 4-07-2025, 17:26

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında təsis edilmiş birinci "Yüksəliş" müsabiqəsinin qalibi, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, Orxan Qazızadə müsabiqənin Mentorluq proqramı çərçivəsində Bakı Dövlət Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində görüşüb.

Görüşdə tələbələrə Baş İdarənin strukturu, funksiyaları ilə bağlı, habelə idarə və şöbələrinin fəaliyyəti barədə geniş məlumat verilib, korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirləri və Baş İdarənin fəaliyyətinə dair videoçarx təqdim edilib.

Sonda prokurorluq orqanlarının fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılaraq tələbələri maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi