lider-media.az

NİİM: Nizamlanmayan yolayrıcı qaydalarına əməl etməmək qəzaya səbəb olur

Baxış: 25259 Tarix: 3-07-2025, 16:50

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kamerasının qeydə aldığı bu yol-nəqliyyat hadisəsi svetofor olmayan, yəni nizamlanmayan yolayrıcında qanunvericiliyin tələblərinə riayət olunmaması səbəbindən baş verib. Ötən gün Binəqədi rayonu, Səttar Bəhlulzadə və Zaur Nudirəliyev küçələrinin kəsişməsində baş yolla hərəkət edən motosiklet sürücüsü gəldiyi sürətlə yolayrıcına daxil olur və bu zaman ikinci dərəcəli yolla hərəkət edən minik avtomobilinin sürücüsü yol verməli olduğu halda onu vurur.
 “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin müvafiq bəndini bir daha sürücülərin diqqətinə çatdıraraq bildiririk ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir. 

Yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün qaydalara əməl edilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi