lider-media.az

DTA əməkdaşları üçün etik davranış qaydaları və korrupsiya istiqamətlərində təlim keçirilib

Baxış: 35111 Tarix: 3-07-2025, 15:19

İyulun 3-də Dövlət Turizm Agentliyi və tabeliyində olan qurumların əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda onlayn təlim keçirilib.
Təlim zamanı dövlət qulluqçularının etik davranış qaydaları, onun əhəmiyyəti, korrupsiya anlayışı, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, növləri, bu hüquqpozmalara görə məsuliyyət, beynəlxalq təcrübə, mübarizə metodları və vasitələri, həmçinin Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə prosesində əldə edilmiş nailiyyətlər haqqında iştirakçılara məlumat verilib.
İnteraktiv şəkildə keçirilən təlimin sonunda iştirakçılarının sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi