İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi" sənədi xüsusilə seçilir. Ən mühüm mərhələlərdən biri isə 2024-cü ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində imzalanmış Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqavilə olmuşdur. Sənəd aprelin 30-da Özbəkistan parlamenti tərəfindən ratifikasiya olunaraq, münasibətlərə hüquqi-müttəfiqlik statusu vermişdir.
Hazırda münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulmuşdur. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilmişdir. 1996-cı ildə Bakıda imzalanan "Dostluq və Əməkdaşlıq haqqında Müqavilə" bu münasibətlərin hüquqi təməli olmuşdur. Bir il sonra, 1997-ci ilin iyununda Ulu Öndərin Özbəkistana səfəri zamanı imzalanmış sənədlər və keçirilən görüşlər ölkələr arasında qarşılıqlı inam və etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirmişdir.
Tariximizin ağrılı səhifələrində də paralelliklər diqqət çəkir. Hər iki xalq XX əsrin əvvəllərində erməni millətçilərinin və imperiya dairələrinin dəstəyi ilə həyata keçirilmiş zorakılıqlara və soyqırımlarına məruz qalmışdır. 1918-ci ilin fevralında bolşeviklərin himayəsi altında fəaliyyət göstərən "Daşnaksütyun" partiyasının silahlı dəstələri Kokand vilayətində özbəklərə qarşı dəhşətli qətliamlar törətmiş, 35 mindən çox insan həyatını itirmişdir. Yalnız üç gün ərzində şəhərdə 10 minə yaxın dinc sakin amansızlıqla qətlə yetirilmişdir. Faciə həmin ildə Azərbaycanda Bakı və Şamaxı qırğınlarında yaşanan vəhşiliklərlə eyni mahiyyət daşıyır - türkdilli müsəlman xalqlara qarşı planlaşdırılmış etnik və dini soyqırımlar. 1930-cu illərin repressiya dalğaları zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınmış və orada yeni həyat qurmuşdur. Bu humanitar təmaslar hər iki xalqın bir-birinə mənəvi bağlılığını daha da gücləndirmişdir. 1966-cı ilin aprelində Daşkənddə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan xalqı öz humanist ənənəsinə sadiq qalaraq qardaş köməyini əsirgəməmişdir. Zəlzələdən sonra şəhərin yenidən qurulmasında azərbaycanlı mütəxəssislər, mühəndislər və tikinti işçiləri yaxından iştirak etmişlər. Bu gün Özbəkistanda 40 mindən artıq azərbaycanlı yaşayır və onlar ölkənin sosial, iqtisadi və ictimai həyatında fəal iştirak edirlər.
Prezident İlham Əliyev bu münasibətləri daim yüksək qiymətləndirmiş, Özbəkistanı Azərbaycanın ən yaxın və etibarlı tərəfdaşlarından biri adlandırmışdır. Öz növbəsində Prezident Şavkat Mirziyoyev vurğulamışdır ki, Azərbaycan-Özbəkistan əlaqələri regional sabitlik və inkişaf üçün nümunəvi modeldir. Ötən gün ölkəmizə dövlət səfərinə gələn Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Görüş çərçivəsində iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi baş tutub. Daha sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Özbəkistan Prezidentinin səfəri iyulun 4-nə qədər davam edəcək. Səfər çərçivəsində o, Xankəndi şəhərinə gedəcək və burada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak edəcək. Bu səfər iki ölkə arasında dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsi, strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
İki ölkə arasında iqtisadi əlaqələr müsbət dinamika ilə inkişaf edir. Əgər 2010-cu illərdə ticarət dövriyyəsi cəmi 30 milyon dollar civarında idisə, 2024-cü ilin sonunda bu rəqəm 253 milyon dollara çatıb. Tərəflər qarşıya 1 milyard dollarlıq hədəf qoyublar. Azərbaycan və Özbəkistan arasında yaradılmış İnvestisiya Fondu çərçivəsində bu günə qədər 360 milyon ABŞ dolları dəyərində 15 layihə icra olunub. Bu layihələrə sənaye zonaları, tekstil müəssisələri, kənd təsərrüfatı logistika mərkəzləri və avtomobil yığımı zavodları daxildir. Bakıda Özbəkistan məhsullarının sərgisində 50-dən artıq yerli şirkət iştirak etmiş və daimi "Made in Uzbekistan" pavilyonunun əsası qoyulmuşdur.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində qurulmuşdur. Ölkəmiz bu dəhlizin əsas tranzit mərkəzidir. Ötən il Qazaxıstan-Özbəkistan-Azərbaycan üçtərəfli əməkdaşlığı çərçivəsində yükdaşımaların həcminin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və multimodal daşımaların təşkili barədə razılıq əldə olunmuşdur. Həmçinin, "yaşıl enerji" və elektrik enerjisi ötürücü xətləri üzrə əməkdaşlıq üçün üçtərəfli memorandum imzalanmışdır.
Parlamentlərarası münasibətlər də yeni mərhələyə qədəm qoyub. İyulun 1-də Bakıda keçirilmiş birinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisinin rəhbər şəxsləri iştirak etmiş, əməkdaşlığın qanunvericilik, parlament nəzarəti və gənclərlə iş sahələrində genişləndirilməsi barədə razılığa gəlinmişdir. Forum həm də iki ölkənin qanunverici orqanlarının Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq təşəbbüslərə liderlik etməsi baxımından mühüm rol oynayır.
Mədəni və humanitar sahədə əlaqələr davamlı şəkildə inkişaf etdirilir. Hər iki ölkədə qarşılıqlı diaspor fəaliyyətləri, təhsil mübadiləsi, birgə sərgilər və teatr tamaşaları təşkil olunur. 2023-cü ildə Səmərqənddə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi və Bakıda yaradılan Özbəkistan Mədəniyyət Evi xalqlar arasında bağları daha da gücləndirir.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam bu münasibətlərin əsas dayaq nöqtəsidir. Liderlər regionda sabitlik və Türk dünyasının birliyi naminə ardıcıl və məqsədyönlü addımlar atırlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir. Hər iki ölkənin xarici siyasət kursu qarşılıqlı suverenliyin tanınması, ərazi bütövlüyünün dəstəklənməsi və daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulub. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.
Bütün bu strateji baxışların mərkəzində isə iki liderin şəxsi nüfuzu və qarşılıqlı güvəni dayanır. Prezident İlham Əliyevin praqmatik və çevik siyasəti ilə Prezident Şavkat Mirziyoyevin islahatçı və modernləşdirici yanaşması Türk dünyasında yeni siyasi arxitekturanı formalaşdırır.


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb