lider-media.az

Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Baxış: 17175 Tarix: 3-07-2025, 12:30

Hörmətli Aleksandr Qriqoryeviç.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün dost Belarus xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq və qarşılıqlı dəstək əlaqələri birləşdirir. Ölkələrimiz arasında ildən-ilə yeni məzmunla zənginləşən əməkdaşlığın yüksək dinamikasını məmnunluqla qeyd etmək istərdim. Sevindirici haldır ki, biz dövlətlərarası dialoqun inkişafında, iqtisadi-ticari əməkdaşlığın möhkəmlənməsində və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsində yaxşı səviyyəyə çatmışıq.

İnanıram ki, Azərbaycan ilə Belarus arasında bütün istiqamətlər üzrə ikitərəfli əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərlə dost ölkələrimizin və xalqlarımızın maraqları naminə strateji tərəfdaşlıq ruhunda bundan sonra da dinamik şəkildə genişlənəcək və dərinləşəcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, Belarus Respublikasına isə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 iyun, 2025-ci il.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi